Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrı arxiyereya xirotoniyasının 20 illiyi münasibətilə təbrik edib.
“Sizi arxiyereya xirotoniyasının 20 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Ötən illər ərzində Siz tərəfindən “Tanrı sözünün yüksəlməsi və yayılması” üçün çox işlər görülüb, Kilsəmizə isə nicat yolu axtaran yeni sadiq insanlar cəlb olunub”, - təbrik məktubunda deyilir.
Həmçinin Patriarxı Kirill qeyd edib ki, arxiyepiskop Aleksandr dövlətin hakimiyyət təsisatları, ənənəvi dini və ictimai təşkilatların nümayəndələri ilə səmərəli əməkdaşlığı inkişaf etdirərək xalqlararası sülhün və vətəndaşlar arasında həmrəyliyin bərqərar olmasına sanballı töhfə verir.
“Bu əlamətdar gündə Sizə mənəvi və fiziki sağlamlıq, Tanrıdan kömək və gələcək arxiyepiskop fəaliyyətində uğurlar arzu edirəm”, - məktunda qeyd olunur. **
F.İsazadə