“Azfrut” şirkəti Şəmkir rayonunda gavalı, armud və albalı ağaclarından ibarət meyvə bağlarının salınması layihəsinin reallaşdırılması üçün investor axtarır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Azfrut” Azərbaycanın Şəmkir rayonunda 274 hekrat ərazidə gavalı, armud və albalı ağaclarından ibarət meyvə bağlarının salınmasını nəzərdə tutan biznes plan tərtib edib”, - hökumətdən bildirilir.
Layihə $12,6 mln. məbləğində qiymətləndirilir. Bunun 50%-ni şirkət müstəqil qaydada, qalan 50%-ni cəlb olunacaq investorun vəsaiti hesabına maliyyələşdirməyə hazırdır.
Şirkət layihəni 2 il müddəti reallaşdırmaq niyətindədir. Xərclərin çıxarılması müddəti 5 il təşkil edir. **
N.Abbasova