Nazirlər Kabineti ölkə və beynəlxalq gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsinin yeni normalarını müəyyən edib.
Dəyişikliklərə əsasən, müsabiqə, olimpiada və s. qaliblərinin mükafatlandırılması üzrə 1 nəfər iştirakçı üçün xərclərin norması 14 manatdan 80 manatadək, hər bir iştirakçının dəftərxana (dəvətnamə, bloknot, qovluq və s.), xərcləri üçün ayrılan məbləğ isə 1 manatdan 15 manatadək artırılıb.
Bundan başqa, tədbirlər zamanı çay, qəhvə fasiləsinin təşkili ilə əlaqədar xərc norması 1 nəfər iştirakçı üçün 5 manat məbləğində müəyyən edilib.
Həmçinin ölkə səviyyəli gənclər tədbirlərində iştirak edən xarici ölkə nümayəndə heyətlərinin rəhbərləri və üzvlərinin yaşayışı və qidalanması üzrə xərclərin yeni norma və qaydaları müəyyən edilib. Belə ki, 1 nəfər üçün yemək xərcləri 40 manat (nahar yeməyi) və 60 manat (şam yeməyi) məbləğində müəyyən edilib.*
Ə.Məmmədov