İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri 16-17 yanvar tarixlərində Azərbaycanda səfərdə olacaq.
«M.H.Baqeri müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə yanvarın 16-da Azərbaycana ikigünlük səfər edəcək. Səfər çərçivəsində iki ölkə arasında hərbi-müdafiə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanacaq”, - deyə İranın Bakıdakı səfirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Səfər çərçivəsində iranlı nazir Azərbaycan prezidenti, baş naziri və parlament sədri ilə görüşlər keçirəcək.
“Görüşlər zamanı Bakı və Tehran arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq, sərhəd sahəsində əməkdaşlıq, terrorla mübarizə və regional məsələlər ətrafında fikir mübadiləsi aparılacaq”, - deyə məlumatda qeyd olunur.*
F.İsazadə