Yanvarın sonunda Bakıda V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
“26-27 yanvar tarixlərində Bakıda V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək. Konfransın əsas məqsədi arı xəstəliklərinin qarşısını almaq, arıçılıqda məhsuldarlığı artırmaq və arıçıların öz məhsullarını yerli və xarici bazara çıxarması yollarını araşdırmaqdır”, - deyə məlumatda bildirilir.
Konfransda Almaniya, Türkiyə, Rusiya, Ukrayna və Gürcüstandan nümayəndələr iştirak edəcəklər.*
B.Rüstəmbəyov