“Azərsu” ASC nasos və mühərriklərin alınmasına 3 mln. 877,493 min manat yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş materiallara əsasən, “Azərsu” nasos və mühərriklərin tədarükü haqqında iki müqavilə bağlayıb.
Birinci müqavilə «Kaskad Hidro» MMC ilə bağlanıb. Müqavilənin dəyəri 3 mln. 554,906 min manatdır.
322,587 min manat dəyərində ikinci müqavilə «TP Trading» MMC ilə bağlanıb.*
B.Rüstəmbəyov