2019-cu ildə Azərbaycanın ilk ixrac missiyası Çinə təşkil olunacaq. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilir.
“2019-cu ilin ilk ixrac missiyası Pekin şəhərinə təşkil olunacaq. Fevral ayının 25-də başlayan və mart ayının 1-dək davam edəcək ixrac missiyasına qida, şərab və digər spirtli içkilərin istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri daxil olacaq”, - nazirlik qeyd edir.
Missiya çərçivəsində Azərbaycanlı sahibkarlar xarici iş adamları ilə ikitərəfli görüşlər keçiriəcək, Azərbaycan məhsullarının Çin bazarına ixracının genişləndirilməsinə dair müzakirələr aparacaqlar.
2018-ci ildə 10 xarici ölkəyə 11 ixrac missiyası, ümumilikdə isə “Made in Azerbaijan” brendinin təbliği məqsədilə indiyədək 24 ixrac missiyası təşkil olunub. **
B.Rüstəmbəyov