Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş keçirir.
“Hazırda E.Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilir. Görüşdə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edir”, - deyə Azərbaycan XİN-in twitter səhifəsində qeyd olunur.
Xəbər verildiyi kimi, E.Məmmədyarov yanvarın 16-da Parisdə erməni həmkarı Zöhrab Mnatsakanyanla görüşəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesinin gedişi müzakirə olunacaq.*
F.İsazadə