Yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində Azərbaycan Ticarət Evi açılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bu, ölkəmizin xaricdə yaradılmış sayca 7-ci ticarət evidir.
Açılış mərasimində iqtisadiyyat naziri Şahin Mustafayev iştirak edib.
“Dubayda Azərbaycan Ticarət Evinin açılması BƏƏ-də Azərbaycan məhsullarına olan marağın göstəricisidir”, - deyə tədbirdə çıxış edən Ş.Mustafayev vurğulayıb.
O qeyd edib ki,ötən ilin 11 ayında 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkələrimiz arasında ticarət dövriyyəsi 51%, ixrac 31% artıb. İndiyədək BƏƏ Azərbaycana 2,1 mlrd. dollar, Azərbaycan isə BƏƏ-yə 330 mln. dollar investisiya yatırıb. 2018-ci ilin yanvar-noyabr aylarında BƏƏ-dən Azərbaycana gələn turistlərin sayı 2017-ci ilin ötən dövrü ilə müqayisədə 13% artıb.* F.İsazadə