Prezident İlham Əliyev yanvarın 15-də Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanaların ləğv edilməsi haqqında fərman imzalayıb. Müvafiq fərman dövlət başçısının saytında dərc olunub.
Sənəd Mədəniyyət Nazirliyinin tabeliyində yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin yaradılmasını nəzərdə tutur.
Bundan başqa, mədəniyyət və təhsil xidmətləri göstərən qurumların (mədəniyyət mərkəzləri, klublar, musiqi məktəbləri, rəsm qalereyaları və s.) fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təkliflər hazırlanması üçün komissiya yaradılır.*
F.İsazadə