“Azərbaycan Sənaye Korporasiyası” (ASK) ASC Qax və Şəki rayonlarında tütün istehsalı və emalı məntəqələrində qurutma kameralarının layihələndirilməsi və quraşdırılması üzrə işlərin yerinə yetirilməsi üçün podratçını müəyyən edib.
“Təkliflər sorğusunun qalibi Fövqəladə Hallar Nazirliyinin nəzdində "Azərinşaatlayihə" Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu olub”, - deyə cəmiyyətdən bildiriblər.
“Azərinşaatlayihə” ilə 7 yanvar 2019-cu il tarixində 70,913 min manat dəyərində müqavilə bağlanılıb.
Prezident İlham Əliyev 6 noyabr 2017-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin yaradılması haqqında fərman imzalayıb. “Azərbaycan Sənaye Korporasiyası” dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Cəmiyyətin nizamnamə kapitalı 500 mln. manat təşkil edir.*
B.Rüstəmbəyov