«Azərikard» MMC İBM Avadanlıq və Sistem Proqram Təminatı üçün uzadılmış zəmanət dəstəyi xidmətinin satın alınması ilə bağlı müsabiqə elan edib. Bu barədə cəmiyyətin elanında deyilir.
Müsabiqə açıq tender metodu ilə keçirilir. Tenderdə iştirak haqqı 300 manatdır.
Təklif dəyərinin 1%-i məbləğində bank təminatı ilə müşayiət olunan tender təklifləri 26 fevral 2019-cu il tarixinədək qəbul olunur. Tender proseduru 27 fevral saat 15:00-da baş tutacaq.
“Azərikard” prosessinq mərkəzi Azərbaycan Beynəlxalq Bankına (ABB) məxsusdur.*
Ə.Məmmədov