Prezident İlham Əliyev bu gün İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerini qəbul edib.
Xəbər verildiyi kimi, M.Baqerinin Azərbaycana ikigünlük səfəri çərçivəsində iki ölkə arasında hərbi-müdafiə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanacaq.
İranlı nazirin Azərbaycan rəsmiləri ilə görüşlərində Bakı və Tehran arasında əməkdaşlıq, o cümlədən sərhəd sahəsində əməkdaşlıq, terrorla mübarizə və regional məsələlər müzakirə olunacaq.*
F.İsazadə