Azərbaycanda 2020-ci ilədək tütün istifadəsinin 10% azaldılması planlaşdırılır. Bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev deyib.
“Əhalinin sağlamlığının qorunması, gənc nəslin sağlam böyüməsi və inkişafı, tütün məmulatlarından istifadənin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması məqsədilə ölkəmizdə kompleks tədbirlər görülür, qanunvericilikdə mühüm dəyişikliklər edilir. Hazırda əsas hədəfimiz – Azərbaycanda 2020-ci ilə qədər tütündən istifadənin 10% azaldılmasıdır”, - Q.Haqverdiyev “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş tədbirdə bildirib. Bu barədə BMT-nin Azərbaycan üzrə Qlobal Kommunikasiyalar Departamenti məlumat verir.
Öz növbəsində, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Fatoş Hande Harmancı tütün epidemiyası ilə mübarizənin aktual məsələ olduğunu vurğuladı. **
R.Babayev