Moskva Dağlıq Qarabağ münaqişəsinin həllində Bakının nəticəni axtarmağa hazırlığını alqışlayır. ATƏT-in Minsk qrupunun bu mövzuya dair növbəti əlaqələrin yanvarda planlaşdırılır. Bunu Rusiyanın XİN başçısı Sergey Lavrov deyib.
“Ötən il Ermənistanda rəhbərik dəyişdi, bu səbəbdən bizim Dağlıq Qarabağ münaqişəsinin həllinə dair həmsədrlərin işinə töhfəmiz tanışlıq əlaqələri ilə məhdudlaşıb. Bu ay Rusiya, Fransa və ABŞ-dan olan həmsədlərin Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə növbəti əlaqəsi planlaşdırılır. Düşünürəm ki, bu istiqamətdə münaqişənin həllinə yardım edə biləcəyik”, - S.Lavrov bu gün mətbuat konfransında bildirib.
“Düşünürəm ki, Bakıdan nəticəni axtarmağa hazırlıq barədə səslənən bəyanatlar hər cür dəstəyə layiqdir. Ümir edirəm ki, erməni dostlarımız buna qarşlıqlı cavab verəcəklər”, - nazir qeyd edib.
O vurğulayıb ki, ötən il Azərbaycanla münasibətləri “müsbət” kimi qiymətləndirir. **