«Aqrolizinq» ASC kənd təsərrüfatı texnikasının alınmasına 3,6 mln. manatdan çox vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş materiallara əsasən “Aqrolizinq” «CNN Causcasia» MMC ilə 29 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının alınması haqqında müqavilə bağlayıb.
Müqavilənin dəyəri 3 mln. 610,287 min manat təşkil edib.
“Aqrolizinq” ASC 2004-cü ilin oktyabr ayında təsis edilib və Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.**
B.Rüstəmbəyov