Azərbaycan Rusiyanın Primorski vilayətindən heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyub. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
“Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiyanın Primorski vilayətinin Mixaylovski rayonunda dabaq xəstəliyi qeydə alınıb. Bununla əlaqədar həmin vilayətdən heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb”, - deyə məlumatda bildirilir
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi üçün agentlik tərəfindən RusiyanınPrimorski vilayətindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub.*
R.Babayev