“Azərbaycan Hava Yolları” (AZAL) QSC, Azərbaycan Turizm Bürosu və Çinin aparıcı turizm şirkəti – “ETI-Holidays” (Beijing HUAYUAN International Travel Co., LTD) Pekində üçtərəfli qarşılıqlı anlaşma memorandumu imzalayıb. Bu barədə AZAL-ın məlumatında deyilir.
“Memorandum Pekin-Bakı aviareysi ilə çinli turistlərin Azərbaycana və Bakının tranzit qabiliyyətini artırmaq məqsədilə burdan da digər ölkələrə axınının artmasını nəzərdə tutur”, - deyə məlumatda bildirilir.
Memoranduma əsasən, “ETI-Holidays” Azərbaycanın turizm potensialını təşviq etməyi və yerli turistlər arasında yeni təyinat markasının təşviqini dəstəkləməyi öz öhdəliyinə götürür.
“Azərbaycan Hava Yolları” Heydər Əliyev Beynəlxalq Aeroportundan paytaxt Pekinin hava limanına rahat “Boeing 767-300” layneri ilə birbaşa uçuşlar həyata keçirir.*
N.Abbasova