Litva prezidenti Dalya Qribauskayte Azərbaycanın Vilnüsdakı yeni səfiri Tamerlan Qarayevin etimadnaməsini qəbul edib.
Azərbaycanlı səfir ilə görüş zamanı D.Qribauskayte vurğulayıb ki, Litva Azərbaycanla daha sıx iqtisadi münasibətlərin inkişafına hazırdır. Bu barədə Litva prezidentinin saytında məlumat verilir.
Onun sözlərinə görə, Bakı və Vilnüs ticarət, İKT, turizm, qida sənayesi, nəqliyyat və logistika sahələrdində əlaqələrin möhkəmlənməsi üçün böyük imkanalara malikdir.
Görüş zamanı tərəflər həmçinin ticari-iqtisadi əməkdaşlıq, tələbə mübadiləsi, Azərbaycanla Avropa İttifaqı arasında sıx əlaqələrin inkişafı perspektivlərini müzakirə ediblər.
Litva prezidenti Azərbaycanın Avropanın mühüm tərəfdaşı olduğunu, Aİ ilə strateji tərəfdaşlığa dair yeni sazişin isə gələcəkdə qarşılıqlı dialoqun genişlənməsinə imkan yaradacağını qeyd edib. **
F.İsazadə