Dövlət Gömrük Komitəsi (DGK) 2018-ci ildə dövlət büdcəsinə 3 mlrd. 434,062 mln. manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2017-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə 2 mlrd. 608 mln. 779,61 min manat məbləğində vergi və rüsum köçürülüb. Beləliklə, 2018-ci ildə komitə tərəfindən dövlət büdcəsinə köçürmələrin həcmi 31,6% artıb.
2018-ci ildə dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 2 mlrd. 340 mln. 784,5 min manat, aksizlər üzrə 169 mln. 964,9 min manat, yol vergisi üzrə 40 mln. 161,8 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 883 mln. 150,8 min manat məbləğində olub.
2018-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə daxilolmalar üzrə plan 3 mlrd. 215 mln. manat məbləğində müəyyən edilib. Beləliklə, DGK bu planı 6,8% artıq yerinə yetirib.*
Ə.Məmmədov