2018-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 mlrd. 550 mln. 906,07 min təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 19,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat ilində Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,25%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
"Hesabat dövründə Azərbaycan Rusiyaya $665 mln. 741,42 min dəyərində məhsul ixrac edib ki, bu da 2017-ci ilin göstəricisindən 13,4% çoxdur. Bütövlükdə, 2018-ci ildə Azərbaycandan ixracın 3,42%-i Rusiyanın payına düşüb”, - deyə məlumatda bildirilir.
2018-ci ildə Rusiyadan Azərbaycana idxalın həcmi $1 mlrd. 885 mln. 164,65 min təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 21,3% çoxdur. Azərbaycana idxalın ümumi həcmində 17,7% Rusiyadan tədarükün payına düşüb.
Beləliklə, 2018-ci ildə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $1 mlrd. 2019 mln. 443,23 min təşkil edib.
2017-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 mlrd. 141 mln. 283,27 min təşkil edib ki, bu da 2016-cı ilin göstəricisindən 4,3% çoxdur. 2017-ci ildə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 9,48%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.*
B.Rüstəmbəyov