2018-ci ildə Azərbaycan 29 mln. 498,337 min ton bəyan edilmiş neft ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“2018-ci ildə Azərbaycandan ixrac olunmuş $15 mlrd. 719 mln. 482,37 min dəyərində neftin bəyan edilmiş həcmi 29 mln. 498,337 min ton təşkil edib”, - Komitədən bildirilir.
2017-ci ildə ixrac edilmiş $10 mlrd. 706 mln. 817,77 min məbləğində neftin bəyan edilmiş həcmi 27 mln. 227,902 min ton təşkil edib. Beləliklə, hesabat dövründə neft ixracı miqdar ifadəsində 8,3%, pul ifadəsində 46,8% artıb. **
N.Abbasova