Dövlət Gömrük Komitəsi 1,3 mln. manatdan artıq vəsaiti xüsusi geyim və fərqlənmə nişanlarının satın alınmasına yönəldəcək. Bu barədə Komitənin elanında deyilir.
“DGK xüsusi geyim və fərqlənmə nişanlarının satın alınmasına dair tenderin qalibini müəyyən edib. “Dadaş-N” MMC tenderin qalibi olub. Yanvarın 15-də şirkətlə 1 mln. 365,703 min manat məbləğində müqavilə imzalanıb”, - elanda deyilir. **
Ə.Məmmədov