2018-ci ildə Azərbaycanda 38,802 mln. ton neft hasil olunub ki, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 0,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilir.
“2017-ci ildə ölkədə 38 mln. 688,9 min ton neft hasil olunub. 2018-ci ildə bu göstərici 113,1 min ton və ya 0,3% - 38 mln. 802 min tonadək artıb”, - deyə məlumatda bildirilir.
2018-ci ildə Azərbaycanda 30 mlrd. 422 mln. kubmetr qaz hasil olunub ki, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 1 mlrd. 824,1 mln. kubmetr və ya 6,4% çoxdur.
«Ötən il respublikada orta sutkalıq neft hasilatı 110 min ton, qaz hasilatı 94 mln. kubmetr həcmində olub», - deyə məlumatda qeyd olunur.*
N.Abbasova