2018-ci ildə Azərbaycan “Şahdəniz” yatağından Türkiyə və Gürcüstana qaz tədarükünü 17% - 8 mlrd. 326,8 mln. kubmetrədək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
2018-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Türkiyəyə 7 mlrd. 225 mln. kubmetr qaz nəql olunub (artım 14,7% - İF).
Nazirliyin məlumatına görə, Gürcüstana qaz nəqli 1 mlrd. 101,8 mln. kubmetr təşkil edib (artım 35,2%).
Xəbər verildiyi kimi, 2018-ci ildə Şahdəniz” yatağından qaz hasilatı 11 mlrd. 369 mln. kubmetr təşkil edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir. **
N.Abbasova