Azərbaycanda 6 günlük iş rejimi ilə işləyən məktəblərdə yanvarın 19-da - şənbə günü dərs olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyindən məlumat verilib.
“6 günlük iş rejimi ilə işləyən məktəblərdə yanvarın 19-da dərs olacaq”, - deyə nazirliyin nümayəndəsi bildirib.
Xatırladaq ki, yanvarın 16-da təhsil naziri Ceyhun Bayramov hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq yanvarın 17-si və 18-də “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.*
R.Babayev