Biz sıra istehsal sahələrində e-qaimə-fakturaların tətbiqi səviyyəsi çox aşağı səviyyədədir, bu da istehsalçılara sanksiyaların təbiqi ilə nəticələnə bilər. Vergilər nazirinin müavini Sahib Ələkbərov belə hesab edir.
“Nazirliyin apardığı təhlilər nəticəsində məlum olub ki, mebel, alkoqolsuz içkiilər, rezin və plastik məmulatlar istehsalı sahələrində e-qaimə-fakturaların tətbiqi səviyyəsi 70-90% səviyyəsində təmin olunursa, ev quşlarının yetişdirilməsi, un istehsalı sahəsində bu göstərici aşağı səviyyədədir. Xüsusilə, spirtli içkilər və qida sənayesi istehsalı sahələrində bu rəqəm cəmi 10% təşkil edir. Bu, istehsalçılara Vergi Məcəlləsində nəzərdə tutulan sanksiyaların tətbiqinə səbəb ola bilər”, - S.Ələkbərov sahibkarlarla görüşdə bildirib.
Xəbər verildiyi kimi, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10%-i, ikinci dəfə yol verdikdə 20%-i, üç və daha çox dəfə yol verdikdə 40%-i miqdarında maliyyə sanksiyası tətbiq edilir. **
Ə.Məmmədov