2018-ci ildə Azərbaycanda 187 minə yaxın elektrik enerjisi istehlakçısının sayğacı dəyişdirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
«2018-ci ildə 186,672 min abonentin köhnə sayğacları yeniləri ilə əvəz olunub. Sayğacların ümumi sayında 171,739 sayğac əhali kateqoriyasından olan abonentlərin, 14,933 min sayğac isə digər kateqoriyaların payına düşüb», - deyə məlumatda bildirilir.
Həyata keçirilmiş işlər nəticəsində enerji itkisi 9,8%-dək azalıb, 2018-ci ilin yekunları üzrə tədarük edilən elektrik enerjisinə görə vəsaitlərin ümumi yığım həcmi 94,7% təşkil edib.
Azərbaycanda elektrik şəbəkələri abonentlərinin sayı 2 mln. 607,176 min təşkil edir.
Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.*
B.Rüstəmbəyov