Milli Məclisin nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında iştirak edəcək. Bu barədə parlamentin mətbuat xidməti məlumat verir.
“Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə qurumun qış sessiyasında iştirak etmək üçün yanvarın 20-dən 27-dək Strasburq şəhərində səfərdə olacaqlar”, - məlumatda deyilir.
AŞPA-nın plenar iclaslarında Gürcüstanda keçirilmiş prezident, Ermənistanda isə parlament seçkilərinin müşahidəsi ilə bağlı müzakirələr aparılacaq. **
R.Babayev