2018-ci ildə Azərbaycan ərzaq idaxlını 2,4% - $1 mlrd. 370,596 minədək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilir.
Ərzaq idxalı strukturunda əsas həcm $205 mln. 967,01 min məbləğində buğdanın – 1 mln. 80,905 min ton (azalma 15,3%), meyvə-tərəvəz məhsullarının - $164 mln. 592,01 min məbləğində 303,022 min ton (artım 8,2%), ətin - $70 mln. 75 min məbləğində 47,399 min ton (artım 18,2%), bitki və heyvan mənşəli yağların - $140 mln. 885,48 min məbləğində 154,305 min ton (artım 1,5%) payına düşüb.
2018-ci ildə Azərbaycana $69 mln. 690,03 min məbləğində kərə yağı idxalı 12 min 115,34 ton (azalma 12,3%) təşkil edib.
Ümumilikdə, 2018-ci il ərzində Azərbaycana bütün idaxlın 11,95%-i ərzaq məhsullarının payına düşüb. **
N.Abbasova