“Buta Airways” loukost aviaşirkəti 2019-cu il mayın 3-dən Bakıdan Xarkova birbaşa uçuşlara başlayacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə aviaşirkətdən məlumat verilib.
“Uçuşlar həftənin çərşənbə axşamı və cümə günləri "Embraer” təyyarələri ilə yerinə yetiriləcək”, - deyə məlumatda bildirilir.
Xarkova minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək.
Aviabiletləri artıq aviaşirkətinrəsmi internet saytında("Büdcə" və "Standart" tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində ("Super" tarifi ilə) əldə etmək mümkündür.
Loukost aviaşirkət olaraq, "Büdcə" minimal tarifində baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.
10 kq-dək çəkisi olan əl yükü, çəkisi 23 kq-dək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan "Super" tarifi üzrə aviabiletləri satış ofislərində əldə etmək mümkündür.
“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilmişdir. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.*
N.Abbasova