Bu gün prezident İlham Əliyev Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edib.
Dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad ediblər.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Mixail Qorbaçovun göstərişi ilə keçmiş Sovet İttifaqının qoşun hissələri Bakı şəhərinə yeridilib. Nəticədə təkcə Bakı şəhərində 130 nəfərdən çox mülki şəxs öldürülüb, 600 nəfərdən çox adam yaralanıb. Sovet qoşunları şəhərdə çox böyük dağıntılar törədib. 400 nəfərdən çox insanın taleyi indiyə kimi naməlumdur.
Bununla əlaqədar saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Respublikada və müxtəlif ölkələrdəki diplomatik nümayəndəliklərimizdə dövlət bayraqları endiriləcək.
Matəm tədbirləri ilə əlaqədar Şəhidlər xiyabanı istiqamətinə gedən yollarda avtomobillərin hərəkəti dayandırılıb. Paytaxt polisi gücləndirilmiş iş rejiminə keçib.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib.*
R.Babayev