Hesablama Palatası qaçqınların və məcburi köçkünlərə ayrılan dövlət vəsaitinin istifadəsində nöqsanlar aşklar edib.
Palatanın məlumatına əsasən, 515,03 mln. manat ümumi məbləğdə vəsaiti əhatə edən 2016-cı ilin sonundan 2018-ci ilin birinci rübünün sonunadək dövr üzrə edən yoxlamarın nəticəsində vahid aylıq müavinətin verilməsində nöqsanlar aşklar olunub.
“Bir sıra hallarda müavinətlər həyatda olmayan və ya bu hüquqdan məhrum olan şəxslərə verilib. O cümlədən, ali təhsil müəssisəsi üzrə təhsil haqqından azad olunma hüququndan sui-istifadə halları aşkarlanıb”, - məlumatda deyilir.
Bundan əlavə, Palatanın əvvəlki auditin nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlərin tam görülmədiyi müəyyən edilib.
Hesablama Palatasının Kollegiyası dövlət vəsaiti hesabına kommunal xidmət göstərilən kontingentin dəqiq uçotunun aparılması məqsədi ilə elektron hpkumət portalında vahid informasiya şəbəkəsinin yaradılmasını məqsədəuyğun hesab edir. **
R.Babayev