2018-ci ildə Azərbaycanda ÜDM 1,4% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2018-ci il ərzində ÜDM-nin nominal həcmi 79 mlrd. 797,3 mln. təşkil edib ($46,9 mlrd. – İF).
Ötən il qeyri-neft sektorunda ÜDM 1,8%, neft sektorunda isə 0,6% artıb.
Hesabat dövründə tikinti sektorunda 9% azalma qeydə alınıb.
2018-ci ilin yekunları üzrə ÜDM-nin əhalinin hər nəfərinə düşən həcmi 8 min 126,2 manat təşkil edib.
Azərbaycan hökuməti 2018-ci ildə ÜDM-nin artımını 2% səviyyəsində proqnozlaşdırır.
2017-ci ildə respublikada ÜDM 0,1% artıb.**
Ə.Məmmədov