2018-ci ildə Azərbaycanda 7 mlrd. 10 mln. manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 4,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ötən il 3 mlrd. 824 mln. manat məbləğində heyvandarlıq, 3 mlrd. 186 mln. manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Qeyd olunan dövrdə heyvandarlıq məhsullarının istehsal həcmi 2,7%, bitkiçilik məhsullarının istehsal həcmi 6,8% artıb.
2018-ci ildə respublikada 556,6 min ton ət (artım 3%), 2 mln. 80,4 min ton süd (artım 2,8%), 1 mlrd. 674,7 mln. ədəd yumurta (azalma 2,3%) istehsal edilib.
2018-ci ildə 3 mln. 309,2 min ton dənli və dənli paxlalı bitkilər (artım 13%), 898,9 min ton kartof (azalma 1,6%), 1 mln. 521,9 min ton tərəvəz (artım 8,3%), 1 mln. 10,8 min ton meyvə və giləmeyvə (artım 5,9%) yığılıb.
2017-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 4,2% artıb.**
Ə.Məmmədov