Azərbaycan prezidenti İlham Əliyev İdalqo ştatında boru kəmərində baş vermiş partlayış və yanğın nəticəsində 85 nəfərin həlak olması ilə əlaqədar Meksika Birləşmiş Ştatlarının prezidenti Andres Manuel Lopes Obradora başsağlığı verib. Bu barədə Azərbaycan liderinin saytında məlumat verilir.
İ.Əliyev “həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir”.
Öncə Associated Press agentliyi məlumat verib ki, Meksikanın İdalqo ştatının Tlauelilpan bələdiyyəsində boru kəmərində baş vermiş partlayış nəticəsində 85 nəfər həlak olub. **
N.Abbasova