2018-ci ildə Azərbaycan əhalisinin nominal pul gəlirləri 53 mlrd. 688,6 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 9,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
2018-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 2,3% təşkil edib.
Statistik məlumatlara görə, bir il ərzində əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 8,2% - 5 min 467,4 manatadək artıb.
Bu dövrdə bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 49 mlrd. 595,5 mln. manat qalır ki, bu da 2017-ci ilin göstəricisindən 9,4% çoxdur.
2017-ci ildə əhalinin nominal pul gəlirləri 8,3% artıb.**
B.Rüstəmbəyov