Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğv prosesində olan “RoyalBank” ASC-nin kreditorlarına müraciət edib.
Fondun məlumatında deyilir ki, yanvarın 28-dən etibarən ADİF növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin ödənişinə başlayacaq.
“Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək”, - Fonddan qeyd edilib.
Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 2012-ci il iyulun 13-də fəaliyyətində qanun pozuntuları ilə əlaqədar “RoyalBank” ASC-nin lisenziyasının ləğv edilməsi barədə qərar qəbul edib.
ADİF 2006-cı il dekabrın 29-da qəbul olunan “Əmanətlərin sığortalanması haqqında” qanunun təsdiqlənməsi və qüvvəyə minməsi haqqında” ölkə prezidentinin 9 fevral tarixli fərmanı ilə yaradılıb. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üçün lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir. **
Ə.Məmmədov