2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 264,9 min ton mineral gübrə idxal edilib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 60% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-noyabr aylarında ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $81 mln. 676,5 min (artım 1,7 dəfə) təşkil edib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycana $9,269 mln. dəyərində (artım 60%) 39,431 min ton (artım 42,1%) sement və sement klinkeri idxal edilib.
Yanvar-noyabr aylarında respublikaya $49 mln. 740,8 min dəyərində (artım 41,9%) 38,062 min ton (artım 28,3%) polietilen idxal edilib.
Hesabat dövründə Azərbaycana $191 mln. 494,3 min dəyərində 248,9 min ton (azalma 9,8%) metalyayma məhsulu, $86 mln. 460,6 min dəyərində 147,9 min ton (artım 44,1%) qara metaldan hazırlanan çubuqlar, $29 mln. 154,7 min dəyərində 33,867 min ton (artım 4,1%) qara metaldan hazırlanan günyə, $439 mln. 117,2 min dəyərində 203,8 min ton (artım 1,7 dəfə) qara metaldan hazırlanan boru idxal edilib.**
B.Rüstəmbəyov