Çərşənbə axşamı Davosda Azərbaycan prezidenti İlham Əliyevin BP qrupunun baş icraçı direktoru Robert Dadli ilə görüşü olub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Görüşdə “Azəri-Çıraq-Günəşli”, “Şəfəq”, “Asiman”, “Abşeron” və digər yataqlar üzrə əməkdaşlıq məsələləri müzakirə edildi”, - məlumatda deyilir.
Görüş Dünya İqtisadi Forumu çərçivəsində baş tutub. **
F.İsazadə