2018-ci ildə Azərbaycanda əmək qanunvericiliyinin tələblərinin pozulması faktlarına görə cərimənin ümumi həcmi 3 dəfə artaraq 1,3 mln. manat təşkil edib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilir.
Bundan əlavə, Dövlət Əmək Müfəttişliyi Xidməti ötən il 149,667 min manat məbləğində əmək haqqı və sosial xarakterli vəsaitin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib (2017-ci illə müqayisədə 44,8% çox).
2018-ci ildə əmək müqavilələrinin sayı 91,3 min artıb.
“İstehsalatda bədbəxt hadisələr nəticəsində həyatını itirənlərin sayı 13% azalıb”, - nazilrik qeyd edir. **
R.Babayev