2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 992,4 min ton buğda idxal edilib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 11,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal olunmuş buğdanın ümumi dəyəri $177 mln. 540,9 min (azalma 6,5%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $82 mln. 844,2 min dəyərində (azalma 48,5%) 229,6 min ton şəkər xammalı və şəkər (azalma 34,3%), $92 mln. 89 min dəyərində (azalma 6%) 106,8 min ton bitki yağı (azalma 10,7%), $45 mln. 97,7 min dəyərində (azalma 2,4%) 11,661 min 134 ton çay (artım 0,2%), $62 mln. 94,2 min dəyərində (artım 5,8%) 10,677 ton kərə yağı və süd (azalma 14,4%) idxal edilib.
Bundan əlavə, yanvar-noyabr aylarında respublikaya $22 mln. 809,6 min dəyərində (azalma 7,2%) 7,519 min ton iribuynuzlu heyvan əti (azalma 12,5%), $35 mln. 530 min dəyərində (artım 23,4%) 31,31 min ton quş əti və ondan məmulatlar (artım 28,9%) idxal olunub.
Bu dövrdə respublikaya $84 mln. 963,9 min dəyərində (artım 46,8%) 94,782 min ton meyvə (artım 47,9%), $7 mln. 732,1 min dəyərində (azalma 41%) 13,864 min ton tərəvəz (azalma 43,4%), $34 mln. 104,7 min dəyərində (artım 13,1%) 132,5 min ton kartof (azalma 9,1%) idxal edilib.
Hesabat dövründə ölkədən $185 mln. 473,3 min dəyərində (artım 8,7%) 214,7 min ton tərəvəz (artım 0,3%), $278 mln. 650,8 min dəyərində (artım 9%) 266,5 min ton meyvə (artım 21%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $23 mln. 182,9 min dəyərində (azalma 41,8%) 40,773 min ton şəkər (azalma 32,8%), $8 mln. 438 min dəyərində (azalma 7,8%) 9,787 min ton bitki yağı (artım 10,8%) ixrac edilib.
Həmçinin yanvar-noyabr aylarında Azərbaycandan $8 mln. 625,5 min (аzalma 4,4%) dəyərində 6,653 min ton meyvə və tərəvəz şirələri (azalma 11,5%), $7 mln. 43,6 min (аrtım 31,6%) dəyərində 615,6 min dekalitr təbii üzüm şərabları və üzüm şirəsi (artım 1,8 dəfə), $7 mln. 96,1 min (аrtım 53,8%) dəyərində 65086 min ton meyvə və tərəvəz konservləri (artım 13,4%) ixrac edib. **
B.Rüstəmbəyov