Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Davosda “SAP SE” şirkətinin baş icraçı direktoru Bill Makdermot ilə görüşüb.
B.Makdermot İ.Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin reallaşdırılmasında və rəqəmsal iqtisadiyyatın formalaşmasında “SAP SE” şirkətinin dəstək verməyə hazır olduğunu ifadə etdi. Onun sözlərinə görə, şirkət həm dövlət sektorunda, həm də özəl sektorda rəqəmsal iqtisadiyyatın, ümumiyyətlə, rəqəmsallaşmanın inkişafına töhfə verə bilər.
Öz növbəsində, İ.Əliyev SAP SE” şirkəti ilə əməkdaşlıqdan məmnunluğunu bildirdi. Dövlət başçısı qeyd etdi ki, şirkətin Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığı ölkəmizdə iqtisadiyyatın inkişafına, şəffaflığın artmasına, yeni iş yerlərinin yaradılmasına töhfə verib.
İ.Əliyev bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin önəmini vurğuladı. **
F.İsazadə