2018-ci ildə Azərbaycanda tikinti materiallarının istehsal həcmi 632,3 mln. manat təşkil edib ki, bu da ötən ilin göstəricisindən 26,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada sement istehsalında 12,3% - 3 mln. 444,8 min tonadək, hazır beton qarışığı istehsalında 78.6% - 1 mln. 408,2 min tonadək, tikinti əhəngi istehsalında 3,4% - 30,8 min tonadək artım qeydə alınıb.
Bundan başqa, işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatların istehsalı 49,8% – 33,728 min tonadək, asfalt istehsalı 2 dəfə - 290,2 min tonadək, tikinti kərpici istehsalı 14,9% - 343,5 min kubmetrədək artıb.
Ötən il tikinti gipsi istehsalında 51,1% - 40,8 min tonadək, beton konstruksiya istehsalında 24,3% - 108,8 min kubmetrədək, sement, süni daş və betondan tikinti blokları və kərpic, süni daş və ya beton istehsalında 22,8% - 74,4 min tonadək, azalma qeydə alınıb.**
B.Rüstəmbəyov