2018-ci ildə Azərbaycanda minik avtomobillərinin istehsalı 32,4 dəfə artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2018-ci ildə Azərbaycanda 969 avtomobil istehsal olunub. Minik avtomobillərinin istehsalının kəskin artımı Neftçalada yeni “Azərmaş” avtomobil zavodunun istifadəyə verilməsi ilə izah edilir.
Eyni zamanda, 2018-ci ildə müəxtəlif təyinatlı traktorların istehsalı 8,3% - 1,303 min ədədə qədər azalıb.
Öncə zavodun direktoru Emin Axundova istinadən məlumat verilib ki, «Azərmaş” avtomobil zavodu 2018-ci ildə 1,5 min ədəd avtomobil istehsal etməyi planlaşdırır. "Xəzər SD" markalı avtomobilin qiyməti 16 min manat, "Xəzər LD" markalı avtomobilin qiyməti isə 18 min manat olacaq.
Zavodda istehsal olunan bütün avtomobillər “Avro-5” standartlarına uyğundur.
«Azərmaş” avtomobil zavodunun rəsmi açılışı 2018-ci ilin matrt ayının sonunda baş tutub. Zavodun təsisçiləri Iran Khodro (İran) və AzEuroCar (Azərbaycan) şirkətləridir.
İlkin mərhələdə müəssisənin yaradılmasına sərmayələr $15 mln. təşkil edib. **
B.Rüstəmbəyov