“STAR” NEZ Britaniyanın “International Finance Publications Ltd.” (IFP) jurnalının «Best Financial Project Management - Ən yaxşı idarə olunan maliyyə layihəsi” kateqoriyasında nüfuzlu mükafata layiq görülüb.
“International Finance Publications” jurnalı hər il Avropa, Asiya, Yaxın Şərq və Afrikada layihələrə dair 10 kateqoriya üzrə müfakatların siyahısını elan edir.
“STAR” NEZ layihəsi əvvəllər bir sıra mükafatlara layiq görülüb. Onun əhəmiyyəti yeni iş yerlərinin yaradılması və sərmayəklərin həcmi nöqteyi-nəzərindən böyükdür. Bu layihə Türkiyə və Azərbaycanın nüfuzunu, həmçinin Türkiyə iqtisadiyyatında idxalın əvəz olunma səviyyəsini artıracaq”, - zavodun baş direktoru Mesut İlter qeyd edib. Bu barədə “SOCAR Turkey Energy” şirktinə istinadən “Anadolu” agentliyi məlumat verir.
O xatırladıb ki, “STAR” NEZ-in tikinti layihəsinə ümumi sərmayələr $6,3 mlrd. təşkil edib, bunun $3,3 mlrd.-ı kreditlərin payına düşüb.
19 oktyabr 2018-ci il tarixində STAR NEZ-in işə salınması mərasimi keçirilib. NEZ-də “Azeri Light”, “Kərkük” və “Urals” kimi neft markalarının emalı planlaşdırılır.
İllik zavodda 1,6 mln. ton nafta, 1,6 mln. ton reaktiv yanacaq, 4,8 mln. ton ultra aşağı kükürd tərkibli dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilol, 480 min ton reformat və 160 min ton kükürd istehsal olunacaq.
Zavodun tikintisi “Petkim” neft-kimya kompleksini xammalla təmin etməyə və SOCAR-ın dizel yanacağı, aviasiya kerosini, eləcə də kimya sənayesi üçün xammalla böyük Aralıq dənizi bazarına çıxmasına imkan verəcək. **
N.Abbasova