Azərbaycan prezidenti İlham Əliyev yanvarın 22-də Davosda “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.
“Görüşdə İ.Əliyev və V.Ələkbərov “LUKoil” şirkətinin Azərbaycanda həyata keçirdiyi layihələr və onların icrası ilə bağlı məsələləri, əməkdaşlığın perspektivlərini müzajkirə ediblər”, - Azərbaycan prezidentinin saytı məlumat verir.
Həmin gün İ.Əliyev və “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyanne şirkətin Azərbaycanda reallaşdırdığı layihələr, o cümlədən “Abşeron” layihəsinin uğurla həyata keçirilməsi, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi apardılar. **
F.İsazadə