Yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub.
“İ.Əliyev və N.Paşinyan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyəti müzakirə ediblər”, - “AzərTAc” agentliyi qeyd edir.
Bu, iki ölkə liderinin ilk görüşüdür. Öncə İ.Əliyev və N.Paşinyan 2018-ci ilin sentyabr ayında Düşənbədə və dekabr ayında Sankt-Peterburqda qısa söhbət ediblər. **
F.İsazadə