2018-ci ildə Azərbaycanın kimya müəssisələri kimya məhsullarının istehsal həcmini 2017-ci illə müqayisədə 1,4% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Hesabat dövründə respublikada 777,8 mln. manat məbləğində kimya, əczaçılıq, rezin və plastik kütlə məmulatları istehsal olunub. Bununla belə, 2018-ci il ərzində kimya məhsullarının istehsal həcmi 1,4%, rezin və plastmas məmulatların istehsal həcmi 14% artıb. Əczaçılıq məhsullarının istehsalı 15,1% azalıb”, - Komitədən bildiriblər.
Məlumatlara əsasən, bu dövrdə azot istehsalı 39,6% - 24 mln. 5 min kubmetrə qədər, oksigen istehsalı 34,6% - 4 mln. 758min kubmetrədək, propilen istehsalı 55,9% - 56,2 min tona qədər, polietilen istehsalı 3% - 96 min tona qədər, etilen istehsalı 3% - 98,9 min tona qədər, lak-boya məhsulları istehsalı 30,5% - 15 min 134,1 tona qədər, başqaüzvü həlledicilər istehsalı 60,8% - 19 min 31,5 tona qədər artıb.
Hesabat ilində yod istehsalı 6,7% - 185,1 tona qədər, izopropil spirti istehsalı 38,7% - 7 min 284,9 tona qədər, metanol istehsalı 28% - 191,4 min tona qədər azalıb. **
N.Abbasova