Özəl sektor 2018-ci ildə Azərbaycanda mənzil tikintisi sahəsinə 1 mlrd. 61,5 mln. manat məbləğində investisiya qoyub ki, bu da 2016-cı ilin göstəricisindən 31% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
«2018-ci ildə Azərbaycanda mənzil tikintisi sahəsinə investisiyaların ümumi məbləği 1 mlrd. 313,8 mln. manat (2017-ci illə müqayisədə artım 61,1% - İF) təşkil edib ki, bunun da 252,3 mln. manatı dövlət investisiyalarının (artım 68,4% - İF), qalan həcm – 1 mlrd. 61,5 mln. manat isə (artım 31%) özəl sektorun investisiyalarının payına düşüb», - Komitədən bildirilir.
Ötən il respublikada istsmara verilən yaşayış yerlərinin ümumi sahəsi 2 mln. 84,7 min kvadratmetr (artım 3,5%) təşkil edib.
2018-ci ildə Azərbaycan vətəndaşlarının öz vəsaitləri hesabına 13,7 min ev tikilib. Evlərin tikintisi Bakı, Naxçıvan MR-nin ərazisində, Masallı və Sabirabad rayonlarında həyata keçirilib.
Xəbər verildiyi kimi, 2017-ci ildə respublikada istsmara verilən yaşayış yerlərinin ümumi sahəsi 2 mln. 14,7 min kvadratmetr təşkil edib. **
Ə.Məmmədov